Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü – YENİLƏNİB

0
434

Qax Mərkəzi Rayon Xəstəxanasında burun əməliyyatında ölən qız şoka düşüb.

Bu barədə  Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:

“Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.

Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:

“Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

09:15

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

Hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.