Baş Nazir Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi

0
469

Baş Nazir Əli Əsədov Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyinə tapşırıqlar verib.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirmək tapşırılıb.

Qeyd olunub ki, artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir.

Mərkəzi Banka Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək və atılacaq addımları sürətləndirmək, vergi xidməti orqanlarına səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görmək, Maliyyə Nazirliyinə 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.