İNK Ailəsi – rəhbərlik və üzvləri Parlament rəhbərliyinə seçilənləri təbrik edir!

0
566

10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası baş tutub. Prezident İlham Əliyev cənablarının iştirak və çıxış etdiyi iclasda parlament rəhbərliyinə yeni simalar seçilib.
İctimai Nəzarət Koalisiyası İH-nin sədri, DAMMİB I vitse-prezidenti, SİMİB sədri Rasim Məmmədov başda olmaqla, İNK rəhbərliyində təmsil olunan, eyni zamanda İctimai Nəzarət Ailəsi üzvləri adından parlamentdə məsul vəzifələrə seçilən aşağıdakı ictimai-siyasi xadimləri səmimi-qəlbdən təbrik edir, bu məsul vəzifədəki fəaliyyətlərində uğurlar arzulayırıq:

Sahibə Qafarova – Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və seçilmiş Milli Məclisin sədri

Əli Hüseynli – Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş və seçilmiş I vitse-spiker;

Adil Əliyev – bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülmüş və seçilmiş vitse-spiker;

Fəzail İbrahimli – Parlamentdə azlıq təşkil edən partiyalar tərəfindən namizədliyi irəli sürülmüş və seçilmiş vitse-spiker;

Eyni zamanda daimi komitələrin yeni rəhbərləri və müavinləri:

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,

Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,

Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,

Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,

Tahir Rzayev Aqrar siyasət komitəsinin,

Musa Quliyev Əmək və sosial siyasət komitəsinin,

Siyavuş Novruzov Regional məsələlər komitəsinin,

Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin,

Qənirə Paşayeva Mədəniyyət komitəsinin,

Zahid Oruc İnsan hüquqları komitəsinin,

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,

Əhliman Əmiraslanov Səhiyyə komitəsinin,

Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin,

Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin,

Adil Əliyev Gənclər və idman komitəsinin sədri təsdiq edilib.

Deputatlar: Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Musa Qasımlı Elm və təhsil komitəsinin sədr müavini, Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini, Sabir Hacıyev Aqrar siyasət komitəsinin sədr müavini, Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin sədr müavini, Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini…

İNK – DAMMİB, SİMİB, YYSİB Ailəsi adından:
Çingiz Abdullayev
Rasim Məmmədov
Aydın Xan Əbilov
Eyni zamanda 113 Vətəndaş Cəmiyyəti Təsisatlarının rəhbərləri, İNK fəalları!

Bakı, 10 mart 2020-ci il

İctimai Nəzarət Koalisiyası – Vətəndaş Cəmiyyəti Platforması!

Təşkilatlar haqqında məlumatlar

113 Vətəndaş Cəmiyyəti Təsisatını – QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən sivil toplumlar Platformasıdır!

İNK – DAMM İB, YYS İB, SİMİB-nin baş qərargahları yerləşən ünvan:

Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail:
[email protected]
İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi