Avropa Parlamentinin sədri karantinə alındı

0
438

Avropa Parlamentinin sədri David Sassoli İtaliyadan qayıtdıqdan sonra özünü təcrid etmək qərarına gəlib.

Bu barədə “EUobserver” xəbər yayıb.

Siyasətçi hazırda Brüsseldəki evində karantindədir.

“Həftə sonu İtaliyada olduğum üçün (koronsvirusla bağlı) tövsiyə olunan fəaliyyətlərə sadiq qalmaq və prezident funksiyasını 14 gün Brüsseldəki evimdən yerinə yetirmək qərarına gəldim”, – deyə o bildirib.