Nazirlik məktəbdə butulka ilə “dezinfeksiya” aparılmasına münasibət bildirdi

0
499

Nazirlik məktəbdə butulka ilə "dezinfeksiya" aparılmasına münasibət bildirdi -
Mövzu ilə bağlı “MediaPost”a danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələnin araşdırıldığını söyləyib:

“Yəni dezinfeksiya işləri hansı keyfiyyətə aparılır, doğrudan həmin şəxs dezinfeksiya aparırmı, fotodakı şəxs kimdir, dezinfeksiya aparılırsa, zəruri vasitələrdən istifadə olunurmu və s. araşdırılır”.

C.Valehov ötən həftədən Təhsil Nazirliyi tərəfindən dezinfeksiya aparılması barədə tapşırıq verildiyini, artıq bir sıra məktəblərdə bu işlərinin həyata keçirildiyini söyləyib.