Çin Pakistana çəyirtkələrlə mübarizə üçün “ördək ordusu” göndərir

0
347
OKARA, Feb. 15, 2020 -- Photo taken with mobile phone on Feb. 15, 2020 shows a farmer riding a cart as locusts swarming in Okara district in eastern Pakistan's Punjab province. Locust attack on crops incurred heavy financial losses to farmers in some areas of the country. (Photo by Stringer/Xinhua via Getty Images)

Çin Pakistana çəyirtkələrə qarşı mübarizə üçün 100 000 ördək göndərəcək.

Bloomberg.com-un xəbərinə görə, bu barədə Çinin Kənd Təsərrüfatı Akademiyasının tədqiqatçısı Lui Lizhi deyib.

O, Pakistanda bir universitetlə bu barədə razılığa gəldiklərini bildirib.

Onların gəldiyi qərara görə, ördəklər “bioloji silah” və həşərat dərmanından daha effektli olacaq.

Lizhi bir ördəyin gün ərzində 200-dən çox çəyirtkə yediyini deyib.

Qeyd edək ki, çəyirtkə axını Şərqi Afrikadan Cənubi Asiyaya doğru yayılaraq bu ərazidəki ölkələrin təsərrüfatına zərər vurur.