Bu ada 30 ildən sonra yenidən açılır – İlk tur

0
510

Böyük Britaniyanın Dreyk adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.

Adaya ilk tur martın 15-də təşkil olunacaq.

Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.