Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı birinci seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
O bildirib ki, deputatlığa namizəd Samirə Rəfullayeva şikayətində həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Şikayət araşdırıldıqdan sonra bəlli olub ki, 12, 14, 16, 18-ci seçki məntəqələrində qanun pozuntuları var. Həmin məntəqələrin nəticələrinin ləğvini təklif edirəm”.
Təklif səsverməyə qoyularaq qəbul edilib və şikayət qismən təmin olunub.