MSK 3 dairədən gələn şikayətləri geri göndərdi

0
474

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.

Müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairələrindən daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət gecikdirilməklə göndərildiyindən şikayətçilərin özlərinə geri qaytarılmalıdır.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.