“Opinion Way”: “Azərbaycanda parlament seçkilərində seçicilərin fəallığı 55,6 faiz təşkil edib”

0
435

9 fevralda Azərbaycan Milli Məclisinə seçkilərdə seçicilərin fəallığı 55,6% təşkil edib.

 Bu barədə məntəqələrdə “exit-poll” keçirən Fransız Sosioloji Araşdırmalar İnstitutu “Opinion Way”in mətbuat konfransında bildirilib.

“Təşkilatımız bütün Azərbaycan ərazisində 236 məntəqədə sorğu keçirib. 10 119 nəfər sorğuda iştirak edib”, – “Opinion Way”in nümayəndəsi qeyd edib.

Mətbuat konfransında qeyd edilib ki, öz dairələrində lider olan namizədlər arasında bu şəxslər yer alıb: Oqtay Əsədov, Rasim Musabəyov, Azay Quliyev, Sevinc Fətəliyeva, Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Səməd Seyidov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, Zahid Oruc və b.