Azərbaycanda parlament seçkilərinin tarixi – VİDEO

0
524

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclisə seçkilər 1995-ci ildə keçirilib.

Seçici siyahılarına daxil edilmiş 4 milyon 132 min 600 nəfər vətəndaşdan 3 milyon 556 min 277-si və ya 86,05 faizi seçkilərdə iştirak edib. Milli Məclisə 124 deputat seçilib. Bunlardan 99-u birmandatlı seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə çoxmandatlı seçki dairəsindən olub.

Milli Məclisə II çağırış 2000-ci ildə baş tutub. Respublika üzrə seçici siyahılarına 4 milyon 318 min Azərbaycan vətəndaşı daxil edilib. Mandat uğrunda 390 nəfər mübarizə aparıb. Nəticədə, birmandatlı seçki dairələri üzrə 88, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 25 deputat olmaqla, Milli Məclisə cəmi 113 deputat seçilib.

Mlli Məclisinin III çağırış seçkilər isə 2005-ci ildə keçirilib. Parlamentə 125 seçki dairəsi üzrə 121 deputat seçilib. Dörd dairədə isə səsvermənin nəticələri etibarsız hesab edilib.

2010-cu ildə növbəti parlament seçkiləri baş tutub. Səsvermədə 2 442 365 nəfər vətəndaş iştirak edib. Bu dəfə isə 125 seçki dairəsindən nəticələri etibarsız hesab edilən olmur və milli məclisdəki deputat sayı 125 nəfər olur.

Parlamentə V çağırış seçkilər isə 2015-ci ildə keçirilib. Səsvermədə 2 894 515 nəfər iştirak edib. Bu dəfə bir dairədə seçkinin nəticəsi etibarsız hesab edilib və Milli Məclisə 124 deputat seçilib.