Hansı partiyanın neçə deputatlığa namizədi var?

0
618

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün 122 nəfərin namizədliyini irəli sürüb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

M.Pənahov digər partiyalar üzrə irəli sürülən namizədlərin də sayını açıqlayıb:

“Müsavat Partiyası tərəfindən 23, Ümid Partiyasından 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 13 nəfər, Vahid Azərbaycan Partiyasından 12 nəfərin namizədliyi irəli sürülüb”.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.