Kütləvi davada səkkiz nəfər öldü, onlarla yaralı var – VİDEO

0
491
Kazakh police block demonstrators in Almaty, Kazakhstan, Wednesday, June 12, 2019, during protests against presidential elections. Protests have continued in the capital, Nur-Sultan, and in Almaty, Kazakhstan's principal city. Police detained 35 people Wednesday in Almaty as they gathered with plans to hold protests, the Interfax news agency reported. (AP Photo/Vladimir Tretyakov)

Qazaxıstanın cənubunda yerləşən Cambul vilayətinin Masançi kəndində hüquq-mühafizə orqanları əməkdaşları ilə kənd sakinlərinin toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 47 nəfər yaralanıb.

Ren.tv xəbər verir ki, məlumatı Qazaxıstanın Daxili İşlər Nazirliyi yayıb.

Vilayətin polis idarəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, münaqişə polislər tərəfindən axtarılan şəxsin qohumlarının hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməsi səbəbindən baş verib.

Polislər qanunu pozan şəxsin evinə yollanıblar. Lakin qohumları onun tutulmasına etiraz edərək, asayiş keşikçilərinə müqavimət göstəriblər.