Türkiyədə Sabiha Gökçən hava limanında “Pegasus Airlines” şirkətinə məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi sərt eniş edərək, iki yerə bölünüb. Hadisə nəticəsində göyərtədə olan 183 nəfərdən üçü ölüb, 179 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü reanimasiyadadır.
Yayılan kadrlarda təyyarənin enişdən sonra dərhal alışdığı, uçuş-enmə zolağından keçərək aerodrom ərazisindən kənara çıxdığı görünür.
Daha sonra təyyarə hasara çırpılaraq, üç yerə bölünüb.
İlkin məlumata əsasən, qəzaya səbəb kəskin hava şəraiti olub.
Təyyarədəki sərnişinlərin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.