İtaliyada qatar relsdən çıxdı, ölən və yaralananlar var –FOTO

0
358

İtaliyada yüksək sürətli qatar relsdən çıxaraq aşıb.

RİA “Novosti” xəbər verir ki, insident Milan və Boloniya şəhərləri arasındakı Lodi yaxınlığında baş verib.

Hadisə nəticəsində qatarın maşinisti ölüb, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 28-i yüngül xəsarət alıb, 2 nəfərdə isə orta dərəcəli xəsarətlər var.

İlkin məlumatlara görə, qatarın ilk iki vaqonu relsdən çıxaraq aşıb.

Səbəbləri hələ araşdırılan qəzadan sonra Milan-Boloniya ekspress yolu boyunca nəqliyyatın hərəkəti dayandırılıb