“Sevgi fantaziyası” böyük rəğbətlə qarşılandı – foto

0
1072

İNK, DAMMİB, SİMİB-nin nəzdindəki Mir Cəlal Paşayev Mədəniyyət Mərkəzi bu dəfə öz qapılarını intellektualların, alimlərin, yazıçıların, şairlərin və publisistlərin üzünə açdı.

Şair-alim Tahir İsmayılovun “Sevgi fantaziyası” kitabının təqdimat mərasimi – poeziya məclisi musiqili-ədəbi tədbiri Azərbaycan, Vətən, dövlət, Qarabağ, Milli ordu, Dünya Azərbaycanlıları, müstəqillik kimi mövzulara həsr olunmuşdur.

T.İsmayılovun “Sevgi fantaziyası” adlanan ikinci kitabına daxil olan hekayə, sentimental düşüncələr seriyasından olan esse və şeirlərində əsasən sevgi, qadına məhəbbət hissləri tərənnüm edilir. Təqdim olunan kitabda özünə yer almış bürün hekayə, esse və şeirlər dünyada hər bir kişinin sevdiyi tək bir qadına həsr etdiyi himn kimi səslənir. Müəllif öz şəxsi düşüncələrinin dar çərçivəsindən kənara çıxaraq vurğunluq dərəcəsinə yüksələn sevginin fəlsəfi mahiyyətini açmağa çalışır, fikirlərini oxucularla bölüşmək istəyir.

Məhz həmin arzu ilə də oxucuların görüşünə gələn müəllif: – Biz məhəbbəti dünyanın ən böyük kəşfi adlandırmış olsaq, heç də səhv etmərik, – deyir.

Təqdimat mərasimində Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov, İctimai Nəzarət Koalisiyasının məsul katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydınxan Əbilov, xalq artisti, resjissor Mərahim Fərzəlibəyov, ATU-nun “Elektronika” kafedrasının müdiri, professor Hüseyn Orucov, ATU-nun fizika kafedrasının professoru Zakir Cahangirli, professor, riyaziyyatçı İsmixan Yusubov, bədii qiraət ustası, şair Süleyman Mustafaoğlu, yazıcı publisist Kamil Məhərrəm oğlu (Nehrəmli), Respublikamıza Mİlli Məclisinə deputatlığa  namizədlər Aqil Tağıyev, Ləman Cəfərzadə və digərləri öz ürək sözlərini bildirmişlər.

“ictimaixeber.az”