Sabahkı hava ilə bağlı sürücülərə – Xəbərdarlıq

0
473
Winter weather - December 16th...Car make their way through the snow at Monkseaton, North Tyneside, as parts of Britain woke up to snow and heavy rain in the latest of the bad weather to hit the country. PRESS ASSOCIATION Photo. Picture date: Friday December 16, 2011. Snow was forecast to move in during the early hours of the morning in parts of Wales, the Midlands and parts of the South East. Up to 8cm was predicted to fall over high ground in Shropshire, mid Wales and parts of the West Midlands as heavy rain brought by a low pressure system turned to snow. The weather system also brought high winds over the south coast, echoing gales that hit the area earlier this week. See PA story WEATHER Snow. Photo credit should read: Owen Humphreys/PA Wire

Sabahkı hava ilə bağlı sürücülərəBaş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülər bu günlərdə yollarda sükan arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar.

Həmçinin, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməmək, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğun sürət həddi seçmək, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamaq tövsiyə edilib.