Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi

0
446

 Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Asharq Al-Awsat”a müsahibəsində bildirib.

“Kaani amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət onu da gözləyir”, – deyə Huk bəyan edib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın amerikalı əsgərləri öldürməsindən sonra general Qasım Süleymaninin zərərsizləşdirilməsi barədə əmr vermişdi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.