Gürcüstanda 3,3 bal gücündə zəlzələ olub.
Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 11:24-də qeydə alınıb.
Zəlzələnin episentri Ozurqeti rayonunun 14 kilometrliyində, Xino kəndi yaxınlığında olub.