Dünyada ilk biorobotlar düzəldildi

0
481

ABŞ-ın Vermont Universitetinin alimləri tamamilə canlı hüceyrələrdən ibarət ilk robotu hazırlayıblar.

Bu barədə “Science Alert” nəşri yazır.

Alimlər öz ixtiralarını ksenobotlar adlandırıblar. Biorobotlar 500-1000 hüceyrədən ibarət  submillimetr ölçüdə  kiçik kürəciklərdir. Onlar hərəkət edə, bir yerə cəmlənə və kiçik “yükləri”, məsələn dərmanları daşıya bilirlər.

Tədqiqatçılar superkompüter və alqoritmlərdən istifadə edərək  “Xenopus laevis” qurbağasının dərisi və ürəyinin bir neçə yüz hüceyrəsini müxtəlif konfiqurasiyalarda birləşdirə biliblər. Alimlər lazımi, məsələn hərəkət etmək bacarığı ilə bağlı parametrləri yeridiblər, alqoritm isə bu tapşırıq üçün uyğun hüceyrələr qrupunu generasiya edib. Ümumilikdə minə qədər  konfiqurasiya generasiya edə biliblər. Alimlər onlardan ən yaxşılarını mikroskopik maqqaş və elektrodla seçib götürüblər.

Maşınlar suda bir həftə ərzində əlavə qidalandırıcı maddəyə ehtiyac olmadan hərəkət ediblər. Dəri hüceyrələri  ksenobotların gövdəsi rolunu oynayıb, ürək əzələlərinin hüceyrələri isə onların hərəkət etmək bacarığını təmin edib.