Mətbuatın nəzərinə: Monitorinq aparılacaq

0
361

Mətbuat Şurası deputatlığa namizədlərin təşviqat mərhələsində KİV-lərin monitorinqini aparacaq.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, qurumun “Qaynar Xətt”i fəaliyyət göstərəcək:

“Həmçinin, seçki günündə qurumun üzvləri müşahidəçi qismində müxtəlif dairələrdə olacaqlar. Onlar jurnalistlərin fəaliyyətinə yaradılmış şəraiti müşahidə edəcəklər”, – deyə Ə.Amaşov əlavə edib.