AVCİYA Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini genişləndirir

0
489

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fevralın 9-da Milli Məclisə seçkilərin ölkə üzrə monitorinqini həyata keçirir.

AVCİYA-dan verilən məlumata görə, Assosiasiya bununla əlaqədar fəaliyyət proqramı əsasında mərhələlərlə aşağıdakı işləri həyata keçirəcək.

Assosiasiya regional ofislərini yenidən təşkil edəcək, seçkiqabağı siyasi mühitin monitorinqini keçirəcək, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı tövsiyələr hazırlayacaq, parlament seçkilərinə aid beynəlxalq təcrübənin öyrənilməsini həyata keçirəcək.

AVCİYA-dan, həmçinin bildiriblər ki, qurum söz, mətbuat, sərbəst toplaşmaq azadlığının, KİV-lərin monitorinqi təşkil ediləcək, parlament seçkilərinə aid qanunvericilik bankı yaradılacaq, namizədlərin irəli sürülməsi, qeydə alınması proseslərinin müşahidəsini həyata keçirəcək, seçici siyahılarının və seçki administrasiyasının fəaliyyətinin monitorinqlərini aparacaq, təbliğat və təşviqat kampaniyalarının müşahidəsini reallaşdıracaq, broşür və bülletenlərin hazırlanmasını və yayılmasını həyata keçirəcək, regionlarda seçici fəallığının artırılması üçün maarifləndirmə işlərini, seçki günü məntəqələrdə seçki prosesinin müşahidəsini təşkil edəcək. Seçkidən sonra ilkin rəy açıqlanacaq və AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-lərə mütəmadi məlumatlar veriləcək.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ildən indiyədək keçirilmiş bütün seçkilərin və referendumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə bu günə qədər bir sıra metodik vəsait və 20 kitabça nəşr etdirib. Milli Məclisə seçkilərlə bağlı “Müşahidəçilər üçün yaddaş” kitabçasının nəşri də nəzərdə tutulur. AVCİYA seçki ərəfəsində fəaliyyət proqramı əsasında gördüyü işlərlə bağlı Aralıq Hesabatın təqdimatını da keçirməyi planlaşdırır.