NASA su mənbəyi olan yeni planet tapdı

0
432

NASA-dan verilən məlumata əsasən, Yer kürəsi parametrlərinə yaxın olan planet aşkar edilib.

Planet “yaşayış zonasında” aşkar edilib, bu isə su mənbəyinin olmasına və mikroorqanizmlərin inkişafına şərait yarada bilər.

“Rossiyskaya qazeta” yazır ki, aşkar edilən planet Yer kürəsindən 20 faiz böyükdür.

Mütəxəssislər yeni aşkar edilən planeti “TOI 700d” adlandırıb. Yeni planet Yer kürəsindən 100 işıq ili məsafəsində uzaqlıqda yerləşir.

Alimlər bildirir ki, planetin yaxınlığında yerləşən ulduzlarda partlayışlar aşkar edilməyib, bu isə yeni planetdə həyatın yaranması üçün kifayət qədər işıq və istiliyin olması ehtimalını artırır.