1.5 milyard insanı gərginlikdə saxlayan virus barədə yeni məlumat

0
384
TOPSHOT - This photo taken on February 12, 2017 shows an H7N9 bird flu patient being treated in a hospital in Wuhan, central China's Hubei province. China is experiencing its deadliest outbreak of the H7N9 bird-flu strain since it first appeared in humans in 2013, killing 79 people in January alone and spurring several cities to suspend live poultry trade. / AFP PHOTO / STR / China OUT (Photo credit should read STR/AFP via Getty Images)

Çində sürətlə yayılan və insanları qorxuya salan naməlum mənşəli virus barədə yeni məlumat əldə olunub.

Bildirilir ki, sətəlcəm epidemiyasına səbəb olan virusun insandan insana ötürülməsi ilə bağlı əlamət tapılmayıb. Mütəxəssislər hesab edirlər ki, yoluxma xəstə heyvanlarla təmasdan, habelə dəniz məhsullarından istifadə nəticəsində baş verib.

Bundan əvvəl Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyasının sürətlə yayıldığı bildirilmişdi. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınmışdı.

Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq Cənubi Koreyada da müşahidə olunur.