Bankomat oğurluğunun yeni üsulu – VİDEO

0
442
Avstraliyada qeyri-adi üsulla bankomat oğurlanıb. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.

“ABC” telekanalı kadrları özünün “Twitter” səhifəsində yayımlayıb.

Videodan görünür ki, küçədə olan bankomata ekskavator yaxınlaşır və çəngəli ilə onu götürür. Bundan sonra xüsusi texnika hadisə yerindən uzaqlaşır.

İstifadəçilər sosial şəbəkədə geniş yayılan bu hadisəyə yumorla yanaşıblar.

“Doğru iş üçün ən uyğun vasitə”, – deyə biri zarafat edib.