Süleymaninin öldürülmədən öncə yazdığı məktub üzə çıxdı: “Allahım, bizi qəbul et” – FOTO

0
471

ABŞ-ın hava hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı mətn üzə çıxıb.

Bir səhifəlik məktubdan başqa, generalın üzüyü də qızı Zeynəb Süleymaniyə təhvil verilib. Süleymaninin qardaşı bildirib ki, general bu məktubu İraqa getməzdən əvvəl Suriyada yazıb və özündə saxlayıb.

Mətndə dini və fəlsəfi ifadələr yer alıb. Diqqət çəkən məqam “Allahım səni görmək istəyirəm, bizi qəbul et” cümləsidir. Bu cümləyə əsaslanan mərhumun yaxınları onun əvvəlcədən öləcəyini hiss etdiyini deyirlər.