Metroda qadını bıçaqlayanı belə tutdular – VİDEO

0
454

Rusiyanın “Novokuznetskaya” stansiyasında qatarda öz həmcinsini bıçaqlayaraq aradan çıxmağa çalışan qadının görüntüləri yayılıb. Həmin vaxt vaqonda olan Rusiya DİN Universitetinin kursantı onu tuta bilib.

Bildirilir ki, vaqondan düşərək qaçmağa çalışan qadının saxlanma anı metronun müşahidə kameraları tərəfindən qeydə alınıb.

Qatarda bıçaqlanan şəxsə tibbi yardım göstərilib. Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.