20 seçki məntəqəsində pozuntu olub – RƏSMİ

0
373

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində sosial şəbəkələrdə yayımlanan pozuntular və görüntülər doqquz bələdiyyə üzrə 20 məntəqədə baş verib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu da 0.5 faizdən bir az çox deməkdir.

“Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı 10 faiz, 16-sı 1 faiz edir. 9 bələdiyyə isə yarım faizdən bir az çoxdur”, – deyə M.Pənahov əlavə edib.