Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayı açıqlandı

0
386

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı indiyə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 25 müraciət daxil olub.

Bunu MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, daxil olan müraciətlərə Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

M.Pənahov, həmçinin vətəndaşlara müraciət edib: “Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər. MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsınlar. Biz, onsuz da, məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.

Bundan əvvəl isə M.Pənahov bildirmişdi ki, MSK-nın “qaynar xətt”ə 220 müraciət daxil olub: “Seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı 90, hüquqi məsələlərlə bağlı 130 müraciət daxil olub. Ümumilikdə veb-kameralardan 282 627 baxış olub ki, bu da seçkilərə marağın olduğunu göstərir”.