Bakıda bu avtobuslar səhərə qədər işləyəcək

0
397

Bakıda bu avtobuslar səhərə qədər işləyəcəkBakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX)  verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:

“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.