Hindistanda köhnə “Boeing” körpünün altında ilişib qaldı – VİDEO

0
405

Hindistanda köhnə təyyarə körpünün altında ilişib qalıb.

Qərbi Benqaliya vilayətində baş verən hadisənin videosunu “The Times of India” yayımlayıb.

Yük maşını istismar müddəti bitmiş “Boeing B737” təyyarəsini Kəlküttə hava limanından daşıyıb. Sürücü yolun üstündə olan körpünün hündürlüyünü düzgün hesablamadığı ücbatından maşın təyyarə ilə qarışıq orada ilişib qalıb.

Təyyarə Hindistan Poçtuna məxsus olub və 2018-ci ildə istismardan silinib.