Amerikalı bankı qarət edərək pulları küçələrə səpələdi

0
452

ABŞ-da bir nəfər bankı soyub, sonra küçəyə çıxaraq pulları havaya səpərək “Milad bayramınız mübarək”, – deyib.

“Hill” xəbər verir ki, hadisə Kolorado-Sprinqs şəhərində (Kolorado ştatı) baş verib.

Hadisəni törədən 65 yaşlı Devid Oliver bayram arzularından sonra yaxınlıqdakı qəhvəxanaya gedərək orada sakitcə hüquq-mühafizə orqanlarının əməkdaşlarını gözləyib.

Polisin məlumatına görə, Oliver tutulma zamanı müqavimət göstərməyib. Onun üzərində silah aşkarlanmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yoldan keçənlər soyğunçu tərəfindən səpələnən pulları yığaraq əskinasları banka qaytarıblar.

Bankdan qarət edilən pulun məbləği açlqlanmır. Bununla belə, polis “minlərlə dollar”ın itdiyini bildirib.