Valideynlərin diqqətinə: hədiyyə alarkən… – VİDEO

0
513

Son vaxtlar alıcılar hazır sovqat qutuları almaqdansa, boş qutu alıb onu özləri doldurmağa üstünlük verirlər. Çünki vətəndaşlar hazır qutuların içinə qoyulan ərzaqların keyfiyyətinə güvənmirlər.

Bu hədiyyələr əsasən uşaqlar üçün alındığından valideynlər qutunun içərisindəki ərzaqların keyfiyyətindən əmin olmaq istəyirlər. Xüsusilə də vaxtı ötmüş və ya keyfiyyətsiz şirniyyatlarla doldurulmuş qutular valdeynləri narahat edir. Elə alıcılar da valideynlərin bu narahatlıqlarını etiraf edirlər.

Qida eksperti İsa Əliyev də bu məsələnin uşaqların sağlamlıqları baxımından önəmli olduğunu deyir. Onun sözlərinə görə, valideynlər hazır qutuların al-əlvan qablaşdırmasına aldanmamalıdırlar. Üstəlik, un məmulutları ilə doldurulmuş hədiyyə qutuları daha çox risk daşıyır. Çünki un məhsulları nəmişliyi daha çox çəkir. İsa Əliyev deyir ki, əgər valideynlər özləri belə bir qutunu hazırlamağa vaxt tapmırlarsa, aldıqları qutunun eyni firma tərəfindən doldurulmasına diqqət etməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, istehlakçılar bilməlidirlər ki, qutuların üzərində qeyd olunan tarix qutunun qablaşdırma tarixidir və içindəki məhsula aidiyyəti yoxdur. Ona görə də bu qutuları alarkən, içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi və qida dəyəri kimi məlumatlara diqqət yetirilməlidir.