ABŞ qərar verdi: “F-35”-lər Türkiyədən geri alınacaq

0
437
ABŞ qərar verdi:<span style=color:#e74c3c> “F-35”-lər Türkiyədən geri alınacaq</span>

ABŞ Prezidenti Donald Tramp 2020-ci il müdafiə büdcəsinin layihəsini imzalayıb.

Qanunda “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə  “F-35” təyyarələrinin təslim edilməməsi nəzərdə tutulur.

Eyni zamanda Türkiyəyə sanksiya tətbiq olunmasının lazım olduğu ifadə edilir.

Layihənin “Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasya Programları” çərçivəsində Türkiyə tərəfindən sifariş edilən “F-35” təyyarələrinin geri alınması üçün 440 milyon dolları ayrılması nəzərdə tutulur.