Nadir metal qızılın dəyərindəki mütləq rekordu qırdı

0
410

Palladiumun dəyəri il ərzində 54 faiz artaraq, qızılın dəyərindəki rekordu qırıb. Belə ki, dekabrın 12-də nadir metalın bir unsiyası 1912,35 dollar olub.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Bilidirilir ki, onun qiyməti qızılın tarixən maksimum dəyərindən ilk dəfə yuxarı qalxıb.

Qızılın dəyərində mütləq rekord 2011-ci ildə qeydə alınıb – 1911,6 dollar.

Palladiumun qiymətində bu artım Cənubi Afrikada bir gün elektriksiz qalan mədənin müvəqqəti bağlanması ilə əlaqədardır.

Mütəxəssislər əmindir ki, metalın qiymət artımı davam edəcək. “Mitsubishi” Corp U.K.Plc-də qiymətli metallar üzrə mütəxəssis Conatan Batler 2020-ci ildə bir unsiya palladiumun dəyərinin iki min dollardan çox olacağını hesab edir.

Palladium – ən nadir elementlərdən biridir. Sənayedə hidrogenin təmizlənməsi üçün, həmçinin, çox sayda avadanlıqlar (televizorlar daxil olmaqla), elektronika, tibbi alətlər, protezlər və sair istehsalında istifadə olunur.