Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edib – VİDEO

0
617

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində sorğusuna baxılıb.

İclasda sorğuya müsbət rəy verilib.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlamışdı.

Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.