Parlament yeni medal təsis etdi – Bu şəxslərə veriləcək

0
582

Milli Məclisin bu gün keçirilən iclasında “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalı diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.