İNK-nın Qarabağ nümayəndəsi ictimai fəallarla

0
613

Xəbər verdiyimiz kimi, Möhlət Hüseynov İctimai Nəzarət Koalisiyasının Qarabağ nümayəndəliyinin rəhbəri təyin olunmuşdur. Möhlət Hüseynov artıq dünən Ağdam və Bərdədə İNK-nın əməkdaşları və könüllüləri ilə görüşlər keçirmiş, mövcud problemlər və sosial-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Onu da qeyd edək ki, İNK-nın Qarabağ nümayəndəliyi Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Beyləqan, Füzuli və laçın rayonlarında İctimai Nəzarətin gücləndirilməsi məqsədilə yaradılmışdır.
Buradakı əhalinin müxtəlif problemlərinin həlli, eyni zamanda ictimai maarifləndirmə istiqamətində görülən işlərlə bağlı vaxtaşırı məlumat veriləcək.

İctimaixeber.az