Çəkisizlik astronavtın qanının geri axmasına səbəb oldu

0
398

Alimlər, astronavtlarda, damarlarının birində qanın beyndən ürəyə deyil, əksinə axmasını aşkar etmişdir.

Tədqiq olunan 11 astronavtdan 2-də alimlər sol daxili qan damarında əks qan axını qeydə alınıb. Bu beyindən qanın axdığı damarlarının ən böyüyüdür. Mütəxəssislər bu təsiri Beynəlxalq Kosmik Stansiyada (BKS) çəkisizlik amilinin olması ilə əlaqələndirir. Belə bir şəraitdə daxili orqanlar yerlərini dəyişərək damarı aşağıdan sıxa bilər, bu da öz növbəsində qanın qismən əks istiqamətdə hərəkət etməsinə səbəb ola bilər. Yer həyat şəraitində, bu cür hallar, daxildə yaranmış şişlərin damarı sıxması ilə mümkündür. Bundan əlavə, alimlər, araşdırılan astronavtların birində eyni damarda laxtalanma müşahidə etmişdir. Laxta ağciyərlərə girərsə, ölümlə nəticələnə bilərdi. Bunun qarşısını almaq üçün astronavt qan duruldan preparatlar qəbul etməyə başlayıb. İndi heç bir şey onun həyatını üçün təhlükə yaratmır.