Baş nazir bu qurumları birləşdirdi

0
418

Baş Nazir Əli Əsədov bir sıra qurumların siyahısında dəyişiklik edib.

 “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında “qərarı imzalayıb. Bununla da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

Qərara əsasən, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edilməlidir.