Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.