“Qarabağ”da Mahir şoku – 4 həftə oynamayacaq

0
475

Premyer Liqanın dünən keçirilən “Neftçi” – “Qarabağ” matçının 90+5-ci dəqiqəsində zədə alan Ağdam klubunun hücumçusu Mahir Emreli uzun müddətə sıradan çıxıb.

Gənc futbolçu 4 həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Bu səbəbdən futbolçu Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında APOEL və “Sevilya” ilə səfər matçlarını da buraxmaq məcburiyyətində qalacaq.