Ekstra Avropa Oyunlarında Azərbaycan ilk medalını qazanıb

0
458

İtaliyanın Bari şəhərində keçirilən taekvondo üzrə G4 kateqoriyalı Ekstra Avropa Oyunlarında ilk gündə Azərbaycan idmançısı medal qazanıb.

58 kq çəki dərəcəsində mübarizəyə qatılan Həşim Məhəmmədov bürünc medala sahib olub.

Qeyd edək ki, dağıstanlı legionerimiz buna görə aktivinə 17,5 Olimpiya lisenziya xalı yazdırıb.