Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır

Rusiya hərbçisi Denis Denisov cəbhə istiqamətlərindən birində hücum əməliyyatına qoşulan zaman Ukrayna Silahlı Qüvvələrinin (VSU) altı hərbçisini zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, adi hərbçidir, Rusiya Silahlı Qüvvələrinin tərkibində motoatıcı manqanın atıcısı kimi xidmət edir.

“Hücum zamanı həmlə qrupu düşmən müdafiəsinin dərinliyinə doğru 1600 metr irəliləyib. Nəticədə Denis şəxsən VSU-nun altı döyüşçüsünü məhv edə bilib”, — deyə nazirliyin açıqlamasında qeyd olunur.

Qurumdan o da vurğulanıb ki, Denisov döyüş meydanında şücaət və igidlik nümayiş etdirərək Rusiya qoşunlarının sonrakı hücumu və bu taktiki istiqamətdə uğurun genişləndirilməsi üçün plasdarmın yaradılmasına öz töhfəsini verib.