Moskvada 10 və daha çox uşağı olan 145 ailə yaşayır.
Bu barədə RİA Novosti-yə Rusiya paytaxtının Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların arasında 15 uşağı olan rekordçu ailə də var. Həmçinin şəhərdəki daha 3 ailədə 14, 2-sində isə 13 uşaq böyüyür. Bundan əlavə, 89 ailənin hər birində 10 uşaq tərbiyə olunur.
Departamentdən verilən məlumatda o da vurğulanıb ki, ümumilikdə son 15 il ərzində Moskvada çoxuşaqlı ailələrin sayı 4 dəfə artıb: “Hazırda paytaxtda 255 min çoxuşaqlı ailə yaşayır və bu ailələrdə təxminən 649 min uşaq böyüyür. Onların hamısı aylıq müavinətlər və kommunal xidmətlərin ödənilməsi üzrə güzəştlər də daxil olmaqla, geniş sosial dəstək tədbirlərindən yararlana bilirlər”.



