İran İslam Respublikası üçün təhdid yaradan dünyanın istənilən nöqtəsinə zərbə endirəcək.
Bu fikri İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri bildirib.
“Bizə təhlükə mənbəyi olan istənilən yer dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizim üçün qanuni hədəf sayılacaq və vurulacaq!”, – deyə komandan müavini vurğulayıb.
Heydəri onu da əlavə edib ki, İran ordusu ABŞ, İsrail və ölkənin digər düşmənlərinin istənilən “səhvinə” hər an cavab verməyə hazırdır.



