Smartfonları ictimai nəqliyyatdan istifadə etdikdən, insanların sıx olduğu məkanlara getdikdən və xəstələrlə təmasdan sonra təmizləmək vacibdir.
Bunu həkim-terapevt Svetlana Burnatskaya “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, telefonun səthindəki mikroorqanizmlər göz, burun və ağız vasitəsilə infeksiyaların yayılmasına səbəb ola bilər.
Həkim telefonu 70 faizlik izopropil spirti tərkibli salfetlərlə təmizləməyi, lakin istehsalçının göstərişlərini nəzərə almağı tövsiyə edib. O vurğulayıb ki, telefonu hər istifadədən sonra dezinfeksiya etmək lazım deyil. Müntəzəm təmizlik və əllərin yuyulması infeksiyalardan qorunmaq üçün kifayətdir.



