Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun

ABŞ prezidenti Donald Tramp süni intellektin (Sİ) “çox ehtiyatlı” istifadəsinə çağırıb.

Amerika lideri bu barədə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bildirib:

“Bu, demək olar ki, tamamilə bir nemətdir, amma bəzi mənfi cəhətləri də var. Buna görə də bu mənfi cəhətləri idarə etməkdə çox diqqətli olmalıyıq”.

O qeyd edib ki, ABŞ sənayeni “boğa” biləcək süni intellekt tənzimləməsinə qarşıdır.

“Biz bunun baş verməsinə icazə verməyəcəyik”, – deyə o bildirib.