Tənqidlərinizin ünvanı İctimai Nəzarət Təşkilatı olsun

 İnternetin fərqli məkanlarında, insanların hüquqlarının pozulmasına aid fərqli xəbərlərlə qarşılaşırıq.
 Bəzən bu xəbərlər müvəqqəti onlayn yaşayır.
 Səbəb problemin həll olunmasıdırmı?
 Bu barədə məlumat getmir.
 Səbəb? Problem həll olunmurmu? Yoxsa “dolayısı” verilir?
 Hər iki səbəb olur.
 Problemlərin çoxu həllsiz qalır, qanunsuzluqların da çoxu cəzasız…
 İctimai Nəzarət Təşkilatı fəaliyyət göstərdiyi 10 ildən artıq müddət ərzində minlərlə qanunsuzluğu aşkara çıxarıb, müvafiq orqanlara və Prezidentə məlumat verib.
 İNT və bir çox müvafiq orqanların birgə mübarizəsi qanunsuzluqların qarşılığını xeyli alsa da vicdansız, gözü doymayan insanlar yox olmur.
 Bu mübarizəni gücləndirmək üçün ictimai nəzarəti gücləndirmək çox vacibdir.
 Prezidentimizin hər birimizə məsləhət gördüyü bu yol illərdir saysız qanunsuzluqların qarşısını almışdır.
 Hər birimizin bu yolda olması yüksək vicdanı, insani, xeyirxah, mübariz əməllər yüksəlişidir.
 Çox təəssüf ki, ictimai nəzarətdən də şəxsi gəlir əldə etmək istəyən bir çox təşkilatlar yaradılıb.
 Bu təşkilatların da fəaliyyətinə nəzarət edib vicdansız, qanunsuz əməllərini ortaya çıxarmaq hər birimizin borcudur.
 Rüşvət sayılan qanunsuz gəlir yolu ölkəmizin hər bir sahəsində hələ də qarşısı tam alınmayan böyük problemdir.
 Şikayət edənlərin də yolu çox zaman bununla kəsilsə də, artıq etiraz, mübarizə dalğası yüksəlməkdə davam edir, maddi cəzalar da artır.
 Hər birimiz qarşılaşdığımız bütün qanunsuzluqlarla bağlı müvafiq orqanlara məlumat verməliyik. Həmin problemlərlə sabah özümüz də qarşılaşa bilərik.
 İctimai Nəzarət Təşkilatının mövcud problemlərlə bağlı ölkə Prezidentinə ünvanladığı məktublarla yüzlərlə problemin həllinə yol açılmışdır.
 Təşkilatın ölkəmizin bütün rayonlarında fəaliyyət göstərən nümayəndəlikləri bir çox ictimai, mədəni sosial tədbirləri fəaliyyətləri ilə yanaşı, problemlərin həlli istiqamətində xüsusi diqqət, qayığı, mübarizələri ilə ictimai nəzarətin vacibliyini, düzgünlüyünü, əhəmiyyətini hər kəsə aşılayır.

Sənubər Səhər

 İctimai Nəzarət Təşkilatının 
 Mətbuat xidmətinin rəhbəri.