Gürcüstan azərbaycanlılar da daxil olmaqla, 91 nəfəri deportasiya  etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 91 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verir ki, əməliyyatlar nazirliyin müvafiq bölmələri ilə birgə keçirilib.

Bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tailand, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin, İraq və digər ölkələrin vətəndaşları var.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Gürcüstanın Miqrasiya Departamenti tərəfindən 3700-dən çox əcnəbi ölkədən deportasiya edilib.

Azərbaycan vətəndaşlarının dəqiq sayı açıqlanmayıb.